пятница, 6 мая 2016 г.

XBody ilə sevgi hekayəmiz

     Yayın gəlişinə sayılı günlər qalanda əsl xanımlarda həqiqi marafon başlayır. Axı vaxtında yerinə yetirilməsi lazım olan o qədər iş var: qarderob hazırlamaq, gözəllik salonuna getmək və daha nələr-nələr, xanımlar məni başa düşər.  Amma çoxları üçün ən vacib və ən çətin olan öz bədənini yaya hazırlamaqdır. Qışda yığılan kaloriyaları yayın gəlişi ilə təcili şəkildə atmaq üçün yorucu dietalara müraciət edirik, dolu qrafikimizdə idman zalı ziyarətlərinə yer etməyə çalışırıq. Mən də istisna olmadım və artıq yarım ildir ki, idmana başlamağa cəhd edirdim, lakin mənim həyat ritmim o qədər dəlisov və ağlasığmazdır ki, heç cür buna nail ola bilmirdim. Həqiqətən təsadüf nəticəsində, gözlənilmədən nəhayət ki, bu problemin həlli tapıldı.


     
     Xbody məşqləri ilə mən çoxdan maraqlanırdım, hardasa nəzərimə çarpmışdı, amma tam olaraq nə olduğunu anlamamışdım. Bu yaxınlarda ətraflı şəkildə mənə izah etdilər, sınaq məşqi keçirdilər və mən nəhayət, bunun necə işlədiyini başa düşdüm, indi isə sizinlə paylaşmaq istəyirəm. Macarıstan mütəxəssisləri tərəfindən hazırlanan və Avropanın bir çox ölkəsində yayılan bu texnika, nisbətən bizə bu yaxınlarda çatıb. Sizə bütün prosesi danışacam. Xbody studiyasına gələrkən sizi ayaqqabı örtüyü olmadan girişdən içəri buraxmayacaqlar ki, bu da artıq yüksək gigiyenik səviyyədən xəbər verir. Daha sonra sizə məşq üçün geyim təqdim olunur (xüsusi geyim lasin və T-shirt-dən ibarətdir, təmamilə sterildir) və soyunma otağına yola salırlar. Sonra sizin üzərinizə elektrodlarla təchiz olunmuş xüsusi kostyum geyindirilir. Kostyumdakı elektrodlar bütün əzələ qruplarını nəzərə alaraq yerləşdirilib. Kostyum xüsusi aparata qoşulduqdan sonra həmin elektrodlar vasitəsilə əzələlərə impulslar göndərilir. Qorxulu səslənir, əvvəlсə mən də necə hiss olacağını təsəvvür edə bilmirdim, amma indi rahatlıqla deyə bilərəm ki, bu təmamilə qorxulu deyil. Elektrodlardan gələn hiss məsəl üçün telefon vibrasiyasına oxşayır, sadəcə daha güclü. Siz əzələlərinizin yuxudan necə oyandığını hiss edəcəksiniz :)

     
      Xbody məşqlərinin üstün cəhəti individual yanaşmadır. Studiyada eyni vaxtda 3 nəfərdən artıq insan məşğul ola bilməz. Beləcə siz nəinki individual soyunma otağı və duş, həmçinin əvvəldən-sona kimi məşqinizə nəzarət edən, özünüzü necə hiss etməyinizdən asılı olaraq impulsları nizamlayan, hərəkətlərin düzgün edilməsini izləyən məşqçiyə sahib olursunuz,yəni fırıldaqçılıq etmək alınmayacaq. İdman hərəkətləri ilk baxışdan sizə asan görünə bilər, yəni adi idman zallarında qaçdığımız mürəkkəb, yorucu hərəkətlərdən fərqli olaraq, amma bu təmamilə yanılmadır və burada biz ən əsas üstünlüklərdən birinə keçirik – Xbody məşqi 20 dəqiqə davam edir. Bəli-bəli, mən zarafat etmirəm! Bu, 2-3 saat idman zalında sərf etməyə vaxtı olmayanlar üçün nadir tapıntıdır və hərəkətlərin bəsitliyi mövzusuna qayıdaraq qeyd etmək istəyirəm ki, bu 20 dəqiqə nəinki üç saatlıq məşqi əvəz edir, hətta mənim fikrimcə daha effektivdir, çünki məşqin sonunda o qədər tərləyirəm ki, belə bir hal ilə adi idman zalında heçvaxt qarşlaşmamışam. Axı əzələlər elektrodlardan ötürülən impulslardan adi məşq zamanı olduğundan dəfələrlə çox işləyir.

     
     Kostyumu istifadə etməyin hər hansı nəticələrindən ehtiyat edənlərin şübhələrini dağıtmaq istəyərdim. O, həmçinin məhdud fiziki imkanları olan və əzələlərinə güc tələb olunan insanlar üçün tibbi məqsədlərdə istifadə olunur. Buna görə də kostyum təmamilə təhlükəsizdir və heç bir mənfi nəticələrə səbəb olmur, hətta əksinə, kürək ağrılarını aradan qaldıra, osteoparozun qarşısını ala, duruş tərzini gözəl və zərif edə bilər. Siz 90% əzələləri işlədə, artıq çəkidən azad ola, problemli hissələrə işləyə və bezdirici selülitdən azad ola blərsiniz.
    
      Birinci məşqdən sonra bütün bədənim ağrayırdı, hətta normal gəzə də bilmirdim. Amma mənim üçün bu ancaq o mənanı ifadə edir ki, mən çox tənbələm və təmamilə fiziki gücü unutmuşam və bu o deməkdir ki, hər şey düzgün olunub, nəhayət  bütün əzələlərimin işlədiyini hiss etməyə başlamışam. Bir neçə məşqdən sonra mən dəyişiklikləri hiss etməyə başladım, hiss eləyirəm ki, əzələlərim dartılır, ayaqlarımda və əllərimdə əzələlər bərkləməyə başlayıb, dözümlülüyüm artır. İlk başlayanlar üçün məşqçi həftədə 2 dəfə məşq etməyi məsləhət görür, daha sonra 3 dəfəyə keçmək olar. Bir neçə söz də instruktorlardan deyim, bütün məşqçilər professional idmançılardır və EMS məşqləri sistemində ixtisaslı mütəxəssisdirlər. Məsuliyyətində olan insana qarşı çox diqqətli yanaşırlar, məşq ərzində su verirlər və dərinizi soyub, suyunuzu çıxararaq ümümiyyətlə sizə darıxmağa imkan vermirlər :) Əslində gözəl və formada olan bədən quruluşu istəyirəmsə mənə elə belə də lazımdır.

   
     Xbody mənim üçün əsl eksperiment oldu və indi hər növbəti məşqi səbrsizliklə gözləyirəm, axı nəticə intriqası mənə rahatlıq vermir.

      Mənimlə birgə məşqlərə başlamaq istəyənləri yönləndirməyə və maraqlandıran sualları cavablandırmağa şad olaram :)

Комментариев нет:

Отправить комментарий